Bakı. Trend:
Litva məhkəməsi kazinoda özgəsinin 27 milyon avrosunu uduzan biznesmeni saxlayıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Vilnüs şəhər sahə məhkəməsi məlumat yayıb.
Qeyd olunub ki, işlədiyi şirkətin 27 milyon avro vəsaitini mənimsəyərək xərcləməkdə ittiham olunan Şarunas Stepukonis məhkəmənin qərarı ilə iki həftə müddətinə saxlanılıb.
Sahibkarın "BaltCap" investisiya şirkətinin fondunun tərəfdaşı olduğu bildirilib.