...

Ukraynaya utilizasiyası gərəkən avtomobillər veriləcək

Dünya xəbərləri Materials 25 Fevral 2024 08:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

London meri Sadiq Xan təkrar emala məruz qalan köhnə avtomobillərin Ukraynaya təhvil verilməsinə icazə verib.

Trend Telegraph-a istinadən xəbər verir ki, bu qərar əvvəllər “hüquqi maneə” səbəbindən verilməyib.

"Bu, Ukraynanın tibbi və humanitar ehtiyaclarını ödəməyə kömək edəcək, həmçinin köhnə, çirkləndirici avtomobilləri London yollarından yığışdıracaq",- deyə o bildirib.

“The Telegraph” yazır ki, London sakinləri ödəniş müqabilində Ultimate Low Pollution Zone (ULEZ) sxeminin tələblərinə cavab verməyən köhnə avtomobillərini bağışlaya bilərlər. Şəhərin tibb xidməti Ukraynaya yaxın həftələrdə on, yayın sonuna qədər isə daha qırx köhnə təcili yardım maşınlarını göndərmək qərarına gəlib.

Qəzet qeyd edir ki, avtomobillərin təhvil verilməsi qərarı Ukraynada hərbi əməliyyatların başlamasının ikinci ildönümünə təsadüf edir. Kiyevin meri Vitaliy Kliçko, The Telegraph-ın xəbərinə görə, cənab Xana məktub göndərərək, maşınları söküb atmaq əvəzinə bağışlamağı təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti