...

NATO baş katibi yeni mətbuat katibini təyin edib

Dünya xəbərləri Materials 27 Fevral 2024 11:35 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

NATO-nun baş katibi Yens Stoltenberq İttifaqa yeni mətbuat katibi təyin edib.

Trend xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu vəzifəyə "AstraZeneca" şirkətinin kommunikasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin keçmiş əməkdaşı Farah Daxlallah təyinat alıb.

Böyük Britaniyadan olan Farah Daxlallahın mart ayında vəzifəsinin icrasına başlayacağı qeyd olunub.

Qeyd edək ki, NATO-nun yeni mətbuat katibi bundan əvvəl "AstraZeneca" şirkəti ilə yanaşı, bir sıra özəl və dövlət sektorlarında, o cümlədən, BMT-də və Böyük Britaniya hökumətində çalışıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti