Bakı. Trend:
Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan vəzifəsindən azad edilib.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, Marukyan Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə vəzifəsindən azad edilib.
Qeyd edək ki, "Maariflənmiş Ermənistan" partiyasının sədri Edmon Marukyan 2022-ci il martın 14-də Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri təyin edilmişdi.
Xatırladaq ki, son zamanlarda erməni KİV-i Paşinyanın hökumətdə təmizləmə siyasəti apardığını yazıb. Bildirilib ki, baş nazir hakim "Vətəndaş Müqaviləsi" partiyasının üzvü olmayan bütün dövlət məmurlarını vəzifədən məhrum edəcək.
