...

İsveçin NATO-ya daxil olması ilə bağlı protokol qüvvəyə mindi

Dünya xəbərləri Materials 7 Mart 2024 18:55 (UTC +04:00)
İsveçin NATO-ya daxil olması ilə bağlı protokol qüvvəyə mindi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçin NATO-ya daxil olması ilə bağlı protokol rəsmi olaraq qüvvəyə minib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“İsveç Krallığının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında protokolun ikinci maddəsində göstərilən qüvvəyə minmə şərtləri yerinə yetirilib. Müvafiq olaraq, protokol 2024-cü il martın 7-dən qüvvəyə minib”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, dünən İsveçin Baş naziri Ulf Kristersson və xarici işlər naziri Tobias Billström Vaşinqtona səfərə yola düşüb. Onlar ölkənin Şimali Atlantika Alyansına üzvlük prosesini tamamlamaq üçün zəruri sənədləri imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti