İstanbulda mütəşəkkil cinayət qruplara qarşı əməliyyat - 27 nəfər saxlanıldı

Dünya xəbərləri Materials 9 Mart 2024 10:44 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində keçirilən "Mahzen-7" əməliyyatında "Memocan" ləqəbli Məhəmməd Urayın başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstənin 27 üzvü saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsində məlumat verib.

Cinayətkar dəstənin üzvü olan şübhəlilərin cinayət törətmək məqsədilə qrup yaratmaq, soyğunçuluq, qəsdən xəsarət yetirmə, əmlaka zərər yetirmə, silahlı təhdid və digər cinayətlər törətdikləri müəyyən edilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində 12 ədəd qanunsuz tapança, 3 ədəd ov tüfəngi, müxtəlif miqdarda narkotik vasitələr, 2 ədəd həssas tərəzi və külli miqdarda pul vəsaiti müsadirə olunub.

"Ölkəmizi mütəşəkkil cinayətkar dəstələrdən təmizləməkdə qərarlıyıq", - deyə Yerlikaya əlavə edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti