Bakı. Trend:
Almaniya və Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfirləri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıblar.
Trend xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, səfirlərin nazirliyə çağırılmasına Gürcüstanda barəsində qiyabi həbs qərarı çıxarılmış keçmiş baş prokuror Zurab Adeişvilinin Almaniya parlamentində iştirakı səbəb olub.
Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili xüsusən ağır cinayətlərlə bağlı məhkum edilmiş, şübhəli bilinən və ittiham olunan şəxslərin bu cür tədbirlərdə iştirakının ölkəsi üçün qəbuledilməz olduğunu vurğulayıb.
