...

Rusiyada Koreya vətəndaşı həbs edilib - İLK DƏFƏ

Dünya xəbərləri Materials 12 Mart 2024 10:51 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya tarixində ilk dəfə olaraq Koreya vətəndaşı casusluqla bağlı cinayət işi çərçivəsində saxlanılıb.

Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Vladivostokda saxlanılan Koreya vətəndaşı istintaq tədbirlərinin keçirilməsi üçün Moskvaya aparılıb.

Qeyd olunub ki, sözügedən Koreya vətəndaşı dövlət sirri təşkil edən məlumatları xarici xüsusi xidmət orqanlarına ötürməkdə ittiham olunur.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti