...

Vladimir Putin prezident seçkilərində 87,34% səslə liderlik edir - Rusiya MSK

Dünya xəbərləri Materials 18 Mart 2024 00:14 (UTC +04:00)
Vladimir Putin prezident seçkilərində 87,34% səslə liderlik edir - Rusiya MSK
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın hazırkı prezidenti Vladimir Putin prezident seçkilərində protokolların 50,02 faizi hesablandıqdan sonra 87,34 faiz səs toplayaraq irəlidədir.

Trend-in məlumatına görə, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası bildirib.

Məlumata əsasən, Putinə 33,95 milyondan çox vətəndaş səs verib.

İkinci yerdə 4,11 faiz səs toplayan Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonov, üçüncü yerdə 4,01 faiz nəticə ilə Yeni Xalq Partiyasının nümayəndəsi Vladislav Davankov qərarlaşıb. Dördüncü yerdə 3,11% səslə Rusiya Liberal Demokrat Partiyasından (LDPR) olan namizəd Leonid Slutski qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti