...

Kim Çen In Putini seçkilərdəki qələbəsi münasibətilə təbrik edib

Dünya xəbərləri Materials 18 Mart 2024 11:48 (UTC +04:00)
Kim Çen In Putini seçkilərdəki qələbəsi münasibətilə təbrik edib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinə seçkilərdə qələbə qazanması münasibətilə təbrik teleqramı göndərib.

Trend xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, təbrik teleqramı Şimali Koreyanın Moskva səfirliyi vasitəsilə təqdim olunacaq.

"Şimali Koreyanın Rusiyadakı səfiri Sin Xon Çxol təbrik teleqramını yaxın zamanda Rusiyanın Xarici İşlər Nazirliyinə təqdim edəcək", - məlumatda deyilir.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri keçirilib. Səsvermə 15,16, 17 mart tarixlərində olmaqla, ölkədə ilk dəfə 3 gün davam edib.

Rusiya Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, ölkənin hazırkı prezidenti Vladimir Putin prezident seçkilərində protokolların 99,43 faizi hesablandıqdan sonra 87,32 faiz səs toplayaraq irəlidədir.

İkinci yerdə 4,32 faiz səs toplayan Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonov, üçüncü yerdə 3,79 faiz nəticə ilə Yeni İnsanlar Partiyasının nümayəndəsi Vladislav Davankov qərarlaşıb. Dördüncü yerdə 3,19 faiz səslə Rusiya Liberal Demokrat Partiyasından (LDPR) olan namizəd Leonid Slutski qərarlaşıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti