...

Cənubi Koreya ilə ABŞ hərbçiləri təlimlər keçirirlər

Dünya xəbərləri Materials 20 Mart 2024 07:53 (UTC +04:00)
Cənubi Koreya ilə ABŞ hərbçiləri təlimlər keçirirlər

Bakı. Trend:

Cənubi Koreya və ABŞ Şimali Koreya sərhədi yaxınlığında təlimlər keçirirlər.

Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər verib.

Martın 11-də başlayan iki həftəlik təlim sərhəddəki Paju şəhərinin İmjin çayında keçirilir.

Təlimlərdə Cənubi Koreya ordusunun 5-ci zirehli briqadasının və ABŞ-ın 2-ci piyada diviziyasının mühəndis batalyonunun 470-ə yaxın hərbçisi iştirak edir.

Qeyd olunub ki, təlimlərə 65-ə yaxın texnika, "CH-47D Chinook" helikopterləri, "AH-64E Apache" hücum helikopterləri, "K1 E1" tankları və qısa mənzilli “yer-hava” raketləri cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti