...

ABŞ Qəzzada təcili atəşkəs elan olunmasına dair qətnamə layihəsini BMT TŞ-də təqdim edib

Dünya xəbərləri Materials 21 Mart 2024 17:32 (UTC +04:00)
ABŞ Qəzzada təcili atəşkəs elan olunmasına dair qətnamə layihəsini BMT TŞ-də təqdim edib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Qəzza zolağında dərhal atəşkəs elan olunması və israilli girovların qaytarılmasına dair qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasında (TŞ) təqdim edib.

Trend xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken "Al Hadath" telekanalına müsahibəsində deyib.

O, qətnamənin hazırda BMT TŞ tərəfindən nəzərdən keçirildiyini bildirib.

Blinken ABŞ-nin İsrailin özünümüdafiə hüququnu dəstəklədiyini, lakin hazırda Qəzza zolağında təhlükədə olan və əziyyət çəkən mülki əhalinin müdafiəsinə fokuslandığını bildirib.

"Biz daha çox yardım almaq və onu ehtiyacı olan şəxslərə çatdırmaq üçün səylərə rəhbərlik edirik. Biz bunun üçün hər cür səy göstəririk", - ABŞ dövlət katibi əlavə edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti