...

Fransada ən yüksək səviyyədə terror təhlükəsi elan olundu

Dünya xəbərləri Materials 25 Mart 2024 09:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa hakimiyyəti ölkədə ən yüksək səviyyədə terror təhlükəsi elan edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın Baş naziri Qabriel Attal bildirib.

Onun sözlərinə görə, bu qərar Rusiyada “Crocus City Hall”da baş verən terror aktı ilə əlaqədar Yelisey sarayında təşkil edilən Milli Müdafiə Şurasının iclasından sonra verilib.

O bildirib ki, ölkənin üzləşdiyi təhdidləri nəzərə alaraq, terror təhlükəsi səviyyəsinin yüksəldilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti