...

Fransa polisi narkotik cinayətlərinə qarşı genişmiqyaslı əməliyyat keçirib

Dünya xəbərləri Materials 26 Mart 2024 06:45 (UTC +04:00)
Fransa polisi narkotik cinayətlərinə qarşı genişmiqyaslı əməliyyat keçirib

Bakı. Trend:

Fransa polisi narkotik cinayətlərinə qarşı genişmiqyaslı “Təmiz meydan” əməliyyatı zamanı 500-ə yaxın adamı saxlayıb.

Trend xəbər verir ki, bunu respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Jerald Darmanen deyib.

"496 şübhəli saxlanılıb", - Darmanen bildirib.

Nazir qeyd edib ki, əməliyyat ötən həftə Marseldə başlayıb və bazar ertəsindən etibarən Paris regionunda, Lion, Dijon və Lilldə də keçirilir.

Xəbər lenti

Xəbər lenti