...

Rusiyada baş verən terror aktının bənzərini hər gün Türkiyədə törətmək istəyənlər var - Ərdoğan

Dünya xəbərləri Materials 27 Mart 2024 17:57 (UTC +04:00)
Rusiyada baş verən terror aktının bənzərini hər gün Türkiyədə törətmək istəyənlər var - Ərdoğan
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada baş verən terror aktının bənzərini hər gün Türkiyədə törətmək istəyənlər var.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkirdə çıxışında deyib.

Onun sözlərinə görə, bu yaxında Rusiyada "Crocus City Hall"da baş verən terror aktının bənzərini hər gün Türkiyədə törətmək istəyənlər var.

"Şükürlər olsun ki, PKK-nı öz sərhədlərimiz daxilində hərəkət edə bilməyəcək hala gətirdik. Təhlükəsizliyimizi, dincliyimizi, əmin-amanlığımızı, sabitliyimizi, firavanlığımızı pozmağa cəhd edənlərə heç vaxt yol vermədik və verməyəcəyik", - o deyib.

Qeyd edək ki, "Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 140 nəfərə çatıb.

Son məlumatlara görə, terror aktında 360 nəfər xəsarət alıb.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün tədbirlər yekunlaşıb.

"Crocus City Hall" konsert zalında terror aktı törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti