...

ABŞ hakimiyyəti "Google"dan "YouTube" istifadəçi məlumatlarını açıqlamasını tələb edib

Dünya xəbərləri Materials 31 Mart 2024 00:56 (UTC +04:00)
ABŞ hakimiyyəti "Google"dan "YouTube" istifadəçi məlumatlarını açıqlamasını tələb edib

Bakı. Trend:

ABŞ-ın federal müstəntiqləri "Google"dan "YouTube" platformasında müəyyən videolara baxan bütün istifadəçilər haqqında məlumat verməsini tələb ediblər.

Trend-in məlumatına görə, bu barədə "Forbes" jurnalı mənbələrə istinadən xəbər verib.

Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanları Kentukki və Nyu-Hempşir ştatlarında "YouTube" istifadəçilərinin kimliyini öyrənməyə çalışıblar. Birinci halda, gizli agentlər bitkoinləri qanunsuz əldə etməkdə və pulların yuyulmasında şübhəli bilinən şəxsin kimliyini açıqlamaq istəyiblər.

Polis əməkdaşları ona “YouTube”da videoların linkləri göndəriblər, bundan sonra hüquq-mühafizə orqanları "Google"dan 2023-cü il yanvarın 1-dən 8-dək bu videolara baxanların adlarını, ünvanlarını, telefon nömrələrini və istifadəçi fəaliyyətini açıqlamağı tələb ediblər.

Öz növbəsində, Nyu-Hempşirdə polis zibil qutusuna yerləşdirilən bomba haqqında anonim məlumat alıb. "Forbes"ın məlumatına görə, polis əraziyə baxış keçirdikdən sonra "YouTube"da canlı yayımlanan kamera vasitəsilə onları izləmək mümkün olduğunu müəyyən edib. Hüquq-mühafizə orqanları platformada səkkiz canlı yayımı "izləyən və/yaxud onlarla əlaqə saxlayan" istifadəçilərin siyahısını öyrənmək üçün "Google"a müraciət edib. Forbes, Google-un belə bir sorğuya necə cavab verdiyini bilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti