...

La Manş boğazını keçən qanunsuz miqrantların sayı artıb

Dünya xəbərləri Materials 2 Aprel 2024 08:00 (UTC +04:00)

Bakı. Trend:

Bu ilin birinci rübündə La Manş boğazı vasitəsilə Britaniyaya keçən qanunsuz miqrantların sayı artıb.

Trend xəbər verir ki, bu barədə Britaniya Hökumətinin statistikasında bildirilir. Hesabat dövründə 5373 nəfər boğazı keçməyə nail olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,7 faiz çoxdur. Havaların isinməsi ilə qanunsuz miqrasiyanın da intensivləşəcəyi bildirilir.

Qeyd edək ki, 2023-cü ildə La Manş boğazını 30 mindən çox qanunsuz miqrant keçib.

Xəbər lenti

Xəbər lenti