...

ABŞ İranın Dəməşqdəki konsulluğuna hücum barədə əvvəlcədən xəbərdar olmayıb - KİV

Dünya xəbərləri Materials 2 Aprel 2024 09:51 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Vaşinqtonun İran İslam Respublikasının Dəməşq konsulluğuna hücum barədə əvvəlcədən xəbəri olmayıb.

Trend xəbər verir ki, bu barədə "NBC News" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, ABŞ Prezident Administrasiyası Dəməşqdəki konsulluğa hücum barədə əvvəlcədən xəbəri olmadığını və hücumda heç bir yolla iştirak etmədiyini İrana birbaşa olaraq bildirib.

İki digər ABŞ rəsmisinin verdiyi məlumata görə, Bayden administrasiyası İsrail təyyarələri artıq havada olanda əməliyyat barədə məlumat əldə edib. Lakin vurğulanıb ki, Vaşinqton hədəfdən xəbərdar olmayıb.

Qeyd edək ki, dünən yerli vaxtla saat 17:00 radələrində İsrail HHQ-nin Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində 11 nəfər, o cümlədən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti