Bakı. Trend:
Bu gün yerli vaxtla saat 04:00 radələrində İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində Heyran aşırımında sərnişin avtobusu aşıb.
Trend-in məlumatına görə, bunu İranın Ərdəbil vilayəti Qırmızı Ayara Cəmiyyəti idarəsinin müdiri Həmid Qəvidel deyib.
Onun sözlərinə görə, sərnişin avtobusunun aşması nəticəsində 5 nəfər ölüb, 18 nəfər xəsarət alıb.
Qəvidel bildirib ki, xəsarət alanlar təcili yardım maşınları ilə Ərdəbil və Astara xəstəxanalarına çatdırılıblar.
Hadisənin baş verməsinin səbəbləri araşdırılır.