...

Rusiyada daşqın nəticəsində 5 mindən çox ev suyun altında qalıb

Dünya xəbərləri Materials 15 Aprel 2024 10:00 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Orenburq vilayətində daşqın nəticəsində 10 mindən çox sahə və 5 mindən çox ev suyun altında qalıb.

Trend xəbər verir ki, bu barədə Orenburq şəhər administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, 10656 şəxsi sahə və 5503 ev suyun altında qalıb. Evlərin 55-i çoxmərtəbəli binalardır.

Məlumata görə, suyun altında qalan evlərdən və sahələrdən 16547 nəfər, o cümlədən, 4648 uşaq təxliyə edilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti