Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan aprelin 17-də Qətərə rəsmi səfər edəcək.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin saytında məlumat dərc olunub.
Məlumata görə, Hakan Fidan Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşəcək.
Görüşdə Türkiyə-Qətər münasibətləri ilə yanaşı, Qəzza zolağındakı vəziyyət də müzakirə olunacaq.