...

Yanvar-mart aylarında Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakların sayı açıqlanıb

Dünya xəbərləri Materials 19 Aprel 2024 14:23 (UTC +04:00)
Yanvar-mart aylarında Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakların sayı açıqlanıb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Azərbaycan vətəndaşları Türkiyədə 169 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 38 obyekt azdır.

Bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Bildirilib ki, bu ilin mart ayında Azərbaycan vətəndaşları Türkiyədə 57 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin fevral ayı ilə müqayisədə 12 obyekt azdır.

Qeyd edək ki, 2024-cü ilin mart ayında Türkiyədə 105 min 394 mənzil satın alınıb ki, bu da 2023-cü ilin fevral ayı ilə müqayisədə 0,1 faiz azdır.

Məlumata görə, 2024-cü ilin yanvar-mart aylarında Türkiyədə 279 min 604 mənzil satın alınıb.

"Bu göstəricilər 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.

2024-cü ilin mart ayında Türkiyədə xarici vətəndaşlara 778 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 47,9 faiz azdır.

Eyni ilin yanvar-mart aylarında əcnəbi vətəndaşlar Türkiyədən 5 min 685 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 48 faiz azdır.

Xəbər lenti

Xəbər lenti