...

İsrail və HƏMAS Baydenin atəşkəs təklifini praktiki olaraq qəbul edib

Dünya xəbərləri Materials 3 İyun 2024 11:11 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ABŞ prezidenti Co Baydenin Qəzza zolağında atəşkəs təklifini praktiki olaraq qəbul edib.

Trend xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun xarici siysət üzrə müşaviri Ofir Falk "Sunday Times" qəzetinə deyib.

"Razılaşdığımız saziş çox da yaxşı razılaşma deyil, lakin girovların azad edilməsini istəyirik. Üzərində işləməli olduğumuz çox təfərrüat var, o cümlədən bütün hədəflərimiz əldə edilənə qədər daimi atəşkəs olmayacaq", - o deyib.

Qeyd edək ki, bundan əvvəl HƏMAS hərəkatı da yaydığı bəyanatda Baydenin atəşkəs təklifini müsbət qiymətləndirdiyini bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti