...

Bu ölkədə 600 kiloqram çəkisi olan elektromobil satışa çıxarılacaq

Dünya xəbərləri Materials 8 İyun 2024 14:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçrənin istehsalı olan “Microlino” elektromobili bu ayın sonunda İsveç bazarında satışa çıxarılacaq.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu nəqliyyat vasitəsini avtomobil adlandırmaq da çətindir, o, daha çox “B” kateqoriyasına aid olan sürücülük vəsiqəsi ilə idarə ediləcək dördtəkərli motosikletdir.

Məlumata görə, uzunluğu 2,5 metr, eni isə 1,5 metr olan “Microlino” elektromobilinin çəkisi 600 kiloqramdır və onun maksimal sürəti saatda 90 kilometrlə məhdudlaşdırılıb.

“Microlino” elektromobilinin batareya ehtiyatı 228 kilometrlik məsafəyə nəzərdə tutulub və standart rozetka ilə 4 saat ərzində şarj olunur. Kompakt formasına baxmayaraq, onun içərisində iki nəfər otura və iki çanta qoyula bilər. Elektromobilin start qiyməti 25 600 avrodur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti