...

Türkiyədə terrorçulara qarşı əməliyyat - 58 nəfər saxlanıldı

Dünya xəbərləri Materials 13 İyun 2024 10:43 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin 16 bölgəsində terrorçulara qarşı aparılan "Bozdoğan-42" əməliyyatı nəticəsində ümumilikdə 58 şübhəli şəxs saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

O qeyd edib ki, əməliyyat Adana, Antalya, Batman, Diyarbəkir, Elazığ, Qaziantep, Hakkari, İzmir, İstanbul, Karaman, Mersin, Muş, Şanlıurfa, Şırnak, Tunceli və Vanda aparılıb.

Xəbər lenti

Xəbər lenti