...

Hakan Fidan misirli həmkarı ilə Qəzzadakı vəziyyəti müzakirə edib

Dünya xəbərləri Materials 26 İyun 2024 19:49 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə xarici işlər naziri Hakan Fidan və Misirin xarici işlər naziri Samih Şükri Nin arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, bu barədə Türkiyə diplomatik mənbələrindən məlumat verilib.

Məlumata əsasən, danışıq zamanı Qəzzadakı müharibənin regional səviyyəyə keçmə riskinə diqqət yetirilib, müharibənin tez bir zamanda dayandırılması və daimi atəşkəsin elan edilməsinin vacibliyini qeyd edilib.

Söhbət zamanı humanitar yardımların Qəzza zolağına fasiləsiz çatmasının vacibliyinin vurğulandığı da bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti