...

"Coca-Cola" Azərbaycanda 2030-cu ilədək emal edilmiş plastikin 50 faizini təkrar istifadə etməyi planlaşdırır

Yaşıl iqtisadiyyat Materials 28 İyun 2024 14:57 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

"Coca-Cola" beynəlxalq şirkətinin reallaşdırdığı "Tullantısız dünya" strategiyasına əsasən, 2030-cu ilədək emal edilmiş plastikin 50 faizi "Coca-Cola" içkiləri üçün qablaşdırma istehsalına yönəldilə bilər.

Trend xəbər verir ki, bu barədə "Coca-Cola" şirkətinin Avrasiya regionu üzrə İctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev "Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" adlı beynəlxalq forumda çıxışında deyib.

"Hazırda "Coca-Cola"nın istehsal etdiyi qablaşdırma Azərbaycanda 100% təkrar emal oluna bilər (digər ölkələrdə bu proses 2025-ci ilə qədər başa çatacaq). Azərbaycanda 2030-cu ilə qədər istehsalımızı elə qurmağı planlaşdırırıq ki, istehsalımızda istifadə etdiyimiz plastikin ən azı 50%-i təkrar istifadə olunsun", - deyə o qeyd edib.

Onun sözlərinə görə, qlobal planda şirkət bir neçə il əvvəl "Virent" texnoloji prosesindən istifadə etməklə bitki əsaslı para-ksilol şüşənin (bPX) prototipini hazırlayıb.

E.Fərzəliyev, həmçinin, qeyd edib ki, Azərbaycanda plastiki emal edə və təkrar digər istehsala göndərə bilən ayrıca infrastruktur hələlik mövcud deyil.

Hələlik plastik kütlə ilə işləyən hər bir şirkət bu məsələni müstəqil surətdə həll edir və "Coca-Cola" texnoloji həllər üzrə liderlər arasındadır. Ümumilikdə şirkət bir sıra ekoloji layihələr, o cümlədən, 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının 25% azaldılması üzrə layihə həyata keçirir və 2050-ci ilə qədər tullantıların sıfır səviyyəsinə nail olmağı planlaşdırır.

Qeyd edək ki, "Coca Cola" Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti