...

İranın XİN başçısı səs verib

Dünya xəbərləri Materials 28 İyun 2024 14:33 (UTC +04:00)
İranın XİN başçısı səs verib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran xarici işlər nazirinin vəzifəsini icra edən Əli Baqeri Kəni bu gün İranda keçirilən növbədənkənar prezident seçkilərində səsvermədə iştirak edib.

Trend-in məlumatına görə, Baqeri Kəni Tehranda Xarici İşlər Nazirliyinin binasında yaradılan səsvermə məntəqəsində səs verib.

Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərə yerli vaxtla saat 08:00-da start verilib. Seçkilərin müddəti 10 saatdır və Daxili İşlər Nazirliyi lazımi hesab etdiyi halda, seçkilərin vaxtı uzadıla bilər.

İran prezident seçkilərində 4 namizəd – Məsud Pezeşkian, Mustafa Purməhəmmədi, Səid Cəlili və Məhəmməd Baqir Qalibaf - rəqabət aparır. İranda prezident seçkiləri ilə əlaqədar ölkə daxilində 58 640 dairə, ölkədən kənarda 344 dairə yaradılıb. 61 452 321 seçici səsvermədə iştirak edə bilər.

Xəbər lenti

Xəbər lenti