...

Baydenlə Tramp arasında ilk debat baş tutacaq

Dünya xəbərləri Materials 27 İyun 2024 03:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden və onun sələfi Donald Tramp arasında ilk seçki debatı cümə axşamı keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə CNN məlumat yayıb.

Debat Corciya ştatının Atlanta şəhərində baş tutacaq.

Proses 90 dəqiqə davam edəcək. İştirakçılardan biri danışarkən digərinin mikrofonu bağlı olacaq.

Əsas mövzu iqtisadiyyat və miqrasiya olacaq. Respondetlərin 47 faizi debatda Trampın qalib gələcəyini düşünür. Baydenin qalibiyyətinə isə sorğuda iştirak edənlərin 37 faizi inanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti