...

Şimali Koreya manevr başlığı olan raketi uğurla sınaqdan keçirib

Dünya xəbərləri Materials 27 İyun 2024 05:44 (UTC +04:00)

Bakı. Trend:

Şimali Koreya çərşənbə günü çıxarıla bilən manevr başlığı olan raketi uğurla sınaqdan keçirib.

Trend-in məlumatına görə, bu barədə "Koreya səsi" radiostansiyasi xəbər verib.

"İyunun 26-da KXDR-in Raketqayırma Baş İdarəsi fərdi manevr döyüş başlıqlarını ayırmaq və onların idarə olunmasına nəzarət etmək üçün uğurla sınaq keçirib", - deyə bildirilib.

Qeyd edilir ki, sınaq “raket texnologiyasının təkmilləşdirilməsində böyük əhəmiyyət kəsb edir”.

Xəbər lenti

Xəbər lenti