...

Ukrayna Aİ-dən 1,9 milyard avro dəyərində tranş alıb

Dünya xəbərləri Materials 27 İyun 2024 18:18 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna Avropa İttifaqından (Aİ) 1,9 milyard avro dəyərində tranş alıb.

Trend xəbər verir ki, bu barədə Ukraynanın Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Rusiya-Ukrayna münaqişəsi başlayandan Aİ Ukraynaya təqribən 35 milyard avro dəyərində birbaşa büdcə yardımı ayırıb.

Bu vəsait ölkədə makroiqtisadi sabitliyi dəstəkləməyə imkan yaradıb, həmçinin prioritet büdcə ehtiyaclarının maliyyələşdirilməsini təmin etməyə imkan yaradıb.

Ukraynalı deputat Yaroslav Jeleznyak bildirib ki, Ukraynaya növbəti tranşın payızda göndərilməsi planlaşdırılır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti