...

Ukraynada müdafiə nazirinə yeni müavinlər təyin edilib

Dünya xəbərləri Materials 5 İyul 2024 20:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna Nazirlər Kabineti Anatoli Kloçoku və Aleksandr Sergiyi müdafiə nazirinin yeni müavinləri təyin edib.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Qeyd edilir ki, Anatoli Kloçok 1985-ci ildə Saratov Ali Hərbi Komandanlıq və Raket Qüvvələrinin Mühəndislik Məktəbinin diplomunu alıb, daha sonra Ukrayna Silahlı Qüvvələrində Mərkəzi Raket və Artilleriya İdarəsinə və Silah Təchizatı Mərkəzi İdarəsinə rəhbərlik edib.

Alexander Sergiy 1991-ci ildə Ryazandakı Ali Hərbi Avtomobil Mühəndisliyi Məktəbini bitirib. Daha sonra Ukrayna ordusunda maddi-texniki təchizat məsələləri ilə məşğul olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti