Bakı. Trend:
Kanada İordan çayının qərb sahilində yəhudi məskənlərinin genişləndirilməsinə qarşı çıxıb.
Trend-in məlumatına görə, bu barədə Kanada Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində bildirib.
"Kanada İsrail hökumətinin İordan çayının qərb sahilində yeni yaşayış məntəqələrinin tikintisinə icazə vermə qərarını qətiyyətlə pisləyir", - deyə nazirlik yazıb.
Nazirlik qeyd edib ki, İsrail hakimiyyətinin bu cür addımları beynəlxalq hüququ pozur və fələstinlilərin, israillilərin və regionun digər sakinlərinin təhlükəsizliyini təhlükə altına qoyur: "Biz İsrail hökumətini bu qərarı ləğv etməyə çağırırıq".