Bakı. Trend:
Ermənistanda 9 hərbi komissar rüşvət almaqda ittiham olunur.
Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Antikorrupsiya Komitəsi məlumat yayıb.
Məlumata görə, onlardan dördü həbs edilib.
Qeyd edilir ki, istintaq yekunlaşıb, materiallar məhkəməyə göndərilib.