...

Bayden Trampın mitinqindəki silahlı insidenti pisləyib

Dünya xəbərləri Materials 14 İyul 2024 04:41 (UTC +04:00)
Bayden Trampın mitinqindəki silahlı insidenti pisləyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden seçkilərdəki rəqibi respublikaçı Donald Trampın mitinqindəki silahlı insidenti pisləyib.

Trend xəbər verir ki, bu barədə Amerika liderinin bəyanatında bildirilib.

"Pensilvaniyada Donald Trampın mitinqindəki atəş açılması ilə bağlı mənə məlumat verilib. Onun vəziyyətinin yaxşı olduğunu eşitdiyimə görə şadam. Mən ona, ailəsinə və mitinqdə olan hər kəs üçün dua edirəm, əlavə məlumat gözləyirik", - bəyanatda bildirilib.

Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.

Xəbər lenti

Xəbər lenti