...

İsrail ordusu Livanın cənubundakı "Hizbullah" hədəflərinə yeni zərbələr endirib

Dünya xəbərləri Materials 18 İyul 2024 06:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı şiə Hizbullah təşkilatının hədəflərinə yeni zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, hədəflər arasında Aytarun kəndi ərazisində infrastruktur və Ait-əş-Şaab yaxınlığındakı buraxılış qurğusu olub.

"İsrail Müdafiə Ordusu İsrail dövlətini qorumaq üçün "Hizbullah" terror təşkilatının təhdidinə qarşı tədbirlər görməyə davam edəcək", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti