Bakı. Trend:
Fransanın Şərqi Pireney bölgəsində sərnişin qatarı qəzaya uğrayıb.
Trend xəbər verir ki, hadisə nəticəsində qatarda olan 9 nəfərdən 5-i xəsarət alıb.
İlkin məlumatlara görə, hadisəyə səbəb torpaq sürüşməsi olub.
Baş verən qəza səbəbindən bölgədə qatarların hərəkəti müvəqqəti dayandırılıb.