...

Hakan Fidan bir sıra diplomatik təmaslar keçirib

Dünya xəbərləri Materials 30 İyul 2024 06:24 (UTC +04:00)
Hakan Fidan bir sıra diplomatik təmaslar keçirib

Bakı. Trend:

Türkiyə xarici işlər naziri Hakan Fidan İndoneziyanın seçilmiş prezidenti, eyni zamanda müdafiə naziri Prabovo Subianto ilə görüşüb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sosial media hesabından paylaşım edilib.

Eyni zamanda Hakan Fidan Cənubi Afrika Respublikasının xarici işlər naziri Lamola ilə telefonla danışıb.

Fidan yenicə vəzifəsinin icrasına başlayan həmkarını təbrik edib.

Görüşlər zamanı ikitərəfli münasibətlər və Qəzzadakı vəziyyət də müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti