...

Qazaxıstanda Orta Dəhliz üzrə yükdaşımaların həcmi artır

Dünya xəbərləri Materials 21 Avqust 2024 04:15 (UTC +04:00)
Qazaxıstanda Orta Dəhliz üzrə yükdaşımaların həcmi artır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin ilk 7 ayında Aktau və Kurık dəniz limanları vasitəsilə təxminən 4,2 milyon ton yük daşınıb, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə eyni səviyyədə qalıb.

Trend Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu məlumatı Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin Dəmiryolu və Dəniz Nəqliyyatı Komitəsinin sədr müavini Kasım Tlepov açıqlayıb.

Kasım Tlepovun sözlərinə görə, eyni zamanda, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə yükdaşımaların həcmi 63 faiz artaraq 2,5 milyon tona çatıb. O qeyd edib ki, ildən-ilə bu marşrut üzrə daşınan yüklərin çeşidi genişlənir.

Tlepov əlavə edib ki, bu il Aktau və Kurık limanları vasitəsilə ümumilikdə 8 milyon tona yaxın, o cümlədən TBNM marşrutu ilə 4,2 milyon ton yükün daşınması planlaşdırılır.

Qeyd edək ki, Orta Dəhliz kimi də tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçərək Çin ilə Avropa ölkələrini birləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti