Bakı. Trend:
Rusiyanın Soçi şəhərində güclü yağışlar daşqına səbəb olub.
Trend xəbər verir ki, bu barədə rus KİV-ləri məlumat yayıb.
Məlumata görə, daşqın nəticəsində onlarla avtomobil su altında qalıb.
Xosta və Adler rayonlarında yağıntının miqdarı daha çox olub. Həmçinin, gələn səkkiz təyyarə alternativ aerodromlara yönləndirilib.