Bakı. Trend:
Sağçı "Almaniya üçün Alternativ" partiyası Almaniyanın Türingiya federal əyalətində Landtaqa (əyalət parlamenti) keçirilən seçkilərdə 30,5 faiz səs toplayaraq liderlik edir.
Trend-in məlumatına görə, bu barədə seçki məntəqələri bağlandıqdan sonra "ARD" telekanalının açıqladığı "exit-poll"un nəticələri bildirib.
Məlumata əsasən, partiya tarixində ilk dəfə olaraq Almaniya əyalət seçkilərində birinci yeri tutur. İkinci yerdə 24,5 faiz səslə Xristian Demokrat İttifaqı (XDİ) qərarlaşıb.