Bakı. Trend:
Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto sentyabrın 10-da Ermənistana səfər edəcək.
Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan sosial şəbəkələrdə məlumat verib.
O qeyd edib ki, səfər çərçivəsində xarici işlər naziri Ararat Mirzoyanla görüş keçiriləcək.
Bundan başqa, P. Siyarto “Qarşılıqlı əlaqənin geosiyasəti: rəqabətdən əməkdaşlığa” mövzusunda panel müzakirəsində iştirak edəcək.