Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri ölkənin şimal bölgələrinin Livan ərazisindən atəşə tutulduğunu bildirib. Ümumilikdə, 50-yə yaxın mərmi atılıb.
Trend-in məlumatına görə, ordunun mətbuat xidmətinin verdiyi açıqlamaya əsasən, yuxarı Qalileya bölgəsində səhər saat 05:35-də sirenlərin səsləndirilməsindən sonra Livandan sərhədi keçən 30-a yaxın mərmi aşkar edilib. İsrail Müdafiə Qüvvələrinin hava hücumundan müdafiə sistemi bu mərmilərin bir neçəsini zərərsizləşdirib, qalanları isə açıq ərazilərə düşüb. Hadisə nəticəsində xəsarət alan yoxdur.
Bundan əlavə, 00:57-də və 02:34-02:39 arasında Kiryat Şmona şəhəri ərazisində səslənən sirenlərdən sonra Livandan 20 mərmi atıldığı qeyd edilib. İsrail Müdafiə Qüvvələrinin hava hücumundan müdafiə sistemi mərmilərin əksəriyyətini müvəffəqiyyətlə qarşılayıb, itkilər barədə məlumat yoxdur.