Bakı. Trend:
Türkiyənin Muğla vilayətinin Bodrum rayonu sahillərində 102 qeyri-qanuni miqrant rezin qayıqlarda saxlanılıb.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığı açıqlama verib.
Rayonda yerləşən Sahil Mühafizəsi Səyyar Radarı müxtəlif vaxtlarda 3 rezin qayıqda bir qrup qeyri-qanuni miqrantı aşkar etdikdən sonra bölgəyə qrup göndərilib.
Sahil Təhlükəsizlik qrupları tərəfindən dayandırılan 3 rezin qayıqda 50-si uşaq olmaqla 102 qeyri-qanuni miqrantı yaxalanıb.
Qeyri-qanuni miqrantlar əməliyyatlarından sonra İmmiqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.