Bakı. Trend:
Yaxın Şərqdə vəziyyət pisləşməkdə davam edir və bu narahatlıq doğurur.
Trend-in məlumatına görə, bu barədə G7 ölkələri liderlərinin birgə bəyanatında bildirilib.
"Biz G7 ölkələrinin liderləri Yaxın Şərqdə vəziyyətin pisləşməsindən ciddi narahatlığımızı bildiririk. Biz İranın İsrailə birbaşa hərbi hücumunu qətiyyətlə pisləyirik: bu, regional sabitlik üçün ciddi təhlükəyə çevrilib", - deyə qeyd olunub.
Bildirilib ki, G7 İsrailin təhlükəsizliyini təmin etmək üçün yardım göstərməyə hazırdır. Bundan əlavə, G7 dövlət başçıları İranı və onun Yaxın Şərqdə dəstəklədiyi qrupları “sabitliyi pozan hərəkətlərini dayandırmağa” çağırır.