...

Banqladeşdə güclü daşqın: 5 nəfər həlak olub

Dünya xəbərləri Materials 8 Oktyabr 2024 10:12 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Banqladeşin şimalında baş verən daşqın nəticəsində 5 nəfər həlak olub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Banqladeşin şimalında baş verən güclü daşqın nəticəsində 5 nəfər həlak olub, 100 mindən çox insan isə öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Ölkənin paytaxtının böyük bir hissəsi və bəzi yaşayış məntəqələri demək olar ki, tamamilə su altında qalıb. Yerli sakinlər küçələrdə palçıqlı suda hərəkət etməyə məcbur olublar. Kənd yerlərində bir çox evlər dağılıb, ağaclar isə kökündən qopub.

Əhaliyə yardım göstərən hərbi qüvvələr hələ də bütün zərərçəkən rayonlara çata bilməyiblər.

Sinoptiklərin məlumatına görə, bölgədə leysan yağışlarının davam edəcəyi və bunun torpaq sürüşmələrinə, eləcə də çaylarda suyun səviyyəsinin artmasına səbəb olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti