Bakı. Trend:
ABŞ Milli Hava Xidməti (NWS), Meksika Körfəzindən güclənərək Florida ştatına doğru yaxınlaşan “Milton” qasırğasının son 100 ilin "ən güclüsü" ola biləcəyi barədə xəbərdarlıq edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 230 kilometrlik sürətlə Florida sahillərinə doğru irəliləyən “Milton” qasırğası ilə bağlı federal və yerli rəsmilər xəbərdarlıq etməyə davam edir.
NWS tərəfindən verilən açıqlamada, "Milton belə irəliləyərsə, bu, son 100 ilin ən güclü qasırğası olacaq" ifadəsinə yer verilib.
Açıqlamada, qasırğadan ən çox təsirlənəcək bölgələrin 3-dən 4,5 metrəyə qədər su altında qala biləcəyi, böyük okean dalğalarına səbəb ola biləcəyi proqnozlaşdırılıb.