Bakı. Trend:
Bosniya və Herseqovinada daşqın və torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 22 nəfərə yüksəlib.
Trend xəbər verir ki, hazırda itkin düşmüş 6 nəfərin axtarışı davam edir. Axtarış-xilasetmə əməliyyatlarında Serbiya, Monteneqro, Sloveniya, Türkiyə və Xorvatiyadan olan mülki müdafiə qüvvələri də iştirak edir.
Oktyabrın 4-də baş verən sel, daşqın və torpaq sürüşməsi nəticəsində onlarla ev, həmçinin körpülər, avtomobil və dəmir yolları yarasız vəziyyətə düşüb. Rəsmilər dəymiş ziyanın qiymətləndirilməsinə başlayıb. Ölkə üzrə müxtəlif qurumlar yardım kampaniyaları başladıb.