Bakı. Trend:
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərində səs vermək üçün xaricdə 7 əlavə seçki məntəqəsi açır.
Trend bu barədə Gürcüstan KİV-ə istinadən xəbər verir.
Beləliklə, Afinada və Nyu-Yorkda müvafiq olaraq 4, Salonikidə isə 3 seçki məntəqəsi açılacaq, Berlin, Barselona, Roma və Parisdə isə hər birində 2 seçki məntəqəsi olacaq.
Beləliklə, xaricdə ümumilikdə 67 seçki məntəqəsi təşkil ediləcək.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabr tarixində keçiriləcək.