Bakı. Trend:
Türkiyənin Aksaray vilayətində sərnişin avtobusu aşıb.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Aksaray-Ankara avtomobil yolunun Acıpınar ərazisində qeydə alınıb.
Məlumata əsasən, qəza nəticəsində 6 nəfər həlak olub, 20 nəfər yaralanıb. Avtobusun sürücüsü və nömrə nişanı hələ müəyyən edilməyib.
Qeyd edilib ki, hadisə yerinə çox sayda təcili yardım, polis və yanğınsöndürmə qrupları cəlb edilib.